Britaniya sərhədçiləri La-Manş boğazında miqrantların olduğu qayığı saxlayıb

Britaniya sərhədçiləri La-Manş boğazında miqrantların olduğu qayığı saxlayıb
# 11 noyabr 2019 02:24 (UTC +04:00)

Böyük Britaniya sərhədçiləri La-Manş boğazında göyərtəsində 22 miqrantın olduğu qayığı saxlayıb.

APA xəbər verir ki, bu barədə “Evening Standard” nəşri məlumat yayıb.

Məlumata görə, qayıq yerli vaxtla saat 07:00-da saxlanılıb. Saxlanılan şəxslərin yaşı, cinsi və milliyyəti açıqlanmayıb.

Britaniyanın Daxili İşlər Nazirliyi həmin şəxslərin tibbi baxışdan keçəcəklərini, daha sonra Duvr şəhərindəki miqrasiya xidmətinin əməkdaşlarına təhvil veriləcəklərini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR