Britaniyada baş nazir postuna 10 nəfərin namizədliyi irəli sürülüb 

Britaniyada baş nazir postuna 10 nəfərin namizədliyi irəli sürülüb 
# 10 iyun 2019 22:49 (UTC +04:00)

Böyük Britaniyada “Mühafizəkarlar” partiyasının liderliyi və Baş nazir postuna 10 nəfərin namizədliyi irəli sürülüb.

APA-nın London bürosunun verdiyi xəbərə görə, namizədliyə müraciət üçün bu gün vaxt başa çatıb və nəticədə 10 nəfər rəsmi şəkildə müraciət edib.

Böyük Britaniyanın keçmiş Xarici işlər naziri Boris Conson, Britaniyanın hazırkı Xarici işlər naziri Ceremi Hunt, Ətraf mühit üzrə nazir (The Environment Secretary) Maykl Gove, keçmiş “Brexit” işləri üzrə nazir Dominik Raab namizədlər arasındadır.


Qeyd edək ki, Tereza Mey "Brexit”i icra edə bilmədiyi üçün kədərləndiyini ifadə edərək mayın 24-də istefa vermişdi.

Britaniyanın yeni Baş nazirinin təxminən 22 iyul tarixində açıqlanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR