Britaniyalı nazir baş nazirlə fikir ayrılığına görə vəzifəsini və partiyasını tərk edib

Britaniyalı nazir baş nazirlə fikir ayrılığına görə vəzifəsini və partiyasını tərk edib
# 08 sentyabr 2019 04:02 (UTC +04:00)

Britaniyanın əmək və pensiyalar naziri Ember Rudd baş nazir Boris Consonla fikir ayrılığı səbəbindən vəzifəsini və Mühafizəkarlar partiyasını tərk edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu barədə “Twitter” səhifəsində bildirib.

“Mən nazirlər kabinetini tərk etdim və Mühafizəkarlar partiyasının mandatından imtina etdim. Yaxşılar, sadiq mühafizəkarlar xaric edildiyi zaman laqeyd qala bilmərəm”, - Rudd belə deyib.

Qeyd edək ki, Rudd Mühafizəkarlar partiyasında nüfuzlu şəxslərdən biri idi, yaxın keçmişdə o, Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışırdı və keçmiş baş nazir Tereza Meyin "sağ əli" sayılırdı.

B.Conson bundan əvvəl onun müraciətinə məhəl qoymayan və “Brexit”in təxirə salınması ilə bağlı qanun layihəsinin təcili baxılmasına səs verən 21 mühafizəkar deputatı partiyadan kənarlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR