Britaniyanın müxalifət partiyaları sazişsiz “Brexit”in qarşısını almaq üçün əməkdaşlıq edəcək

Britaniyanın müxalifət partiyaları sazişsiz “Brexit”in qarşısını almaq üçün əməkdaşlıq edəcək
# 27 avqust 2019 17:23 (UTC +04:00)

Britaniyanın müxalifət partiyaları sazişsiz “Brexit”in qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu gün Leyboristlər Partiyası, Şotlandiya Milli Partiyası, Liberal Demokratlar Partiyası, Yaşıllar Partiyası və Dəyişiklik üçün Müstəqil Qrup Britaniyanın Avropa İttifaqını sazişsiz tərk etməməsi üçün taktikaları müzakirə ediblər.

“İştirakçılar Britaniyanın Aİ-ni sazişsiz tərk etməsinin qarşısını almaq üçün yeni qanunun qəbul edilməsi, etimad səsverməsinin keçirilməsi kimi praktiki yollar tapmaq üçün birlikdə hərəkət etməyin vacibliyi ilə razılaşıblar ", - deyə görüşdən sonra qəbul olunan birgə bəyanatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR