Britaniya tankerlərin dəyişdirilməsini rədd edib

Britaniya tankerlərin dəyişdirilməsini rədd edib
  • Clock-gray 13:10
  • calendar-gray 29 İyul 2019

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab İranla qarşılıqlı olaraq neft tankerlərinin dəyişdirilməsi ideyasını rədd edib. 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, o bildirib ki, qarşılıqlı şəkildə tankerlərin dəyişdirilməsindən söhbət gedə bilməz. 

Nazirin sözlərinə görə, burada söhbət beynəlxalq hüququn qaydalarına riayət edilməsindən gedir və onlar bu məsələdə israrlıdırlar. 

Qeyd edək ki, iyulun 4-də İran bayrağı altında üzən “Grace-1” neft tankeri Britaniya dəniz qüvvələrinin köməyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariq hökuməti İrana məxsus tankerin Avropa İttifaqının Bəşər Əsəd hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft apardığını bəyan edib.  

İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb. 

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date