BVF Avrozonada iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır

BVF Avrozonada iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır
# 25 iyul 2019 11:33 (UTC +04:00)

Bu il Avropanın yoxsul və inkişafda olan ölkələrində iqtisadi artım tempinin 1% olacağı gözlənilir ki, bu da cari ilin aprelində olan proqnozu 0,2 faiz bəndi üstələyir.

"APA-Economics"in Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, artıma səbəb olaraq Mərkəzi və Şərqi Avropanın bir neçə ölkələrində davamlı daxili tələbat və artan əmək haqqı göstərilib.

Eyni zamanda ÜDM-in artım tempinin 2020-ci ildə 2,3% təşkil edəcəyi gözlənilir ki, bu da apreldəki proqnozdan 0,5 faiz bəndi aşağıdır. Azalmaya səbəb olaraq 2019-cu ilin qalan zamanı ərzində Türkiyə iqtisadiyyatı üçün proqnozlaşdırılan iqtisadi artımın yavaşlaması proqnozu olduğu bildirilir.

Avrozonanın iqtisadiyyatı isə 2019-cu ildə 1,3%, 2020-ci ildə isə 1,6% artacağı proqnozlaşdırılır. Bu göstərici hər iki il üzrə aprel proqnozlarını 0,1 faiz bəndi üstələyir.

Qeyd edək ki, Avrozona üçün bu ilin sonuna qədər və 2020-ci ildə xarici tələbatın artması və bəzi faktorların (məsələn: Fransada küçə etirazlarının) azalması hesabına iqtisadi artım tempinin yüksələcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR