Çavuşoğlu: "İdlibdə baş verənlərlə əlaqədar rejim odla oynamasın"

Çavuşoğlu: "İdlibdə baş verənlərlə əlaqədar rejim odla oynamasın"
# 20 avqust 2019 16:32 (UTC +04:00)

"Dünən İdlibdə baş verənlərlə əlaqədar Rusiya ilə danışıqlarımız, əlaqələrimiz davam edir. İdlibdə sabitliyi qorumaq üçün Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla geniş müzakirələrimiz olub. Prezidentlərimiz də davamlı olaraq bu mövzuda bir araya gəlir. Zərurət yarandıqda yenə danışıqlar müstəvisinə gəlinəcək".

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən mətbuat konfransında bildirib. Nazir deyib ki, İdlib Suriyanın önəmli ərazisi olduğu səbəbindən burada atəşkəsin təminatıı çox vacibdir: "Rejim siyasi çözümə inanmadığı üçün hərbi yolu seçir. Rejimin də təminatçısı Rusiya və İrandır. Biz rejimin odla oynamamasına buradan çağırış edirik. Türkiyənin hərbi qüvvələri Suriyanın təhlükəsizliyini qorumaq üçün 9-cu müşahidə nöqtəsində bərqərar olub və mövqeyini dəyişmək niyyəti də yoxdur".

Qeyd edək ki, dünən Türkiyənin İdlibdə 9-cu müşahidə nöqtəsində hərbi maşın karvanı olan əraziyə havadan hücum olub. Suriya rejiminin havadan etdiyi atəş nəticəsində 3 Suriya vətəndaşı ölüb, 12-si yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR