Çexiya bu ilin sonuna kimi ABŞ-dan 12 helikopter alacaq

Çexiya bu ilin sonuna kimi ABŞ-dan 12 helikopter alacaq
# 12 noyabr 2019 23:03 (UTC +04:00)

Çexiya Hərbi Hava Qüvvələrinə 12 döyüş helikopterinin alınması üçün bu ilin sonuna qədər ABŞ-la müqavilə imzalayacaq.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Lubomir Metnar açıqlama verib.

“12 helikopterin alınması üçün 14,6 milyard kron (təxminən 700 milyon dollar) dəyərində müqavilə 2019-cu ilin sonuna qədər imzalanmalıdır. Çexiya Hərbi Hava Qüvvələri helikopterləri 2023-cü ildə əldə edəcək”, - nazir belə deyib.

Onun sözlərinə görə, söhbət 8 çoxməqsədli “UH-1 Venom” və 4 hücum xarakterli “AH-1 Viper” helikopterindən gedir.

Vaşinqtondan Praqaya edilən təklifə helikopterlərin quraşdırılmış silah sistemləri və tam texniki avadanlıqla təmin edilməsi də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR