Çexiyada idman təyyarəsi Elba çayına düşüb

Çexiyada idman təyyarəsi Elba çayına düşüb
# 17 noyabr 2019 07:53 (UTC +04:00)

Çexiyanın şimalında, Litomerjitse şəhəri yaxınlığında təkmühərrikli idman təyyarəsi qəzaya uğrayıb, pilot ölüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə respublika polisinin nümayəndəsi Alena Bartoşova məlumat verib.

“Yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq Elba çayına düşüb, pilot ölüb. Qəza Litomerjitse şəhərinin yaxınlığındakı Kreşitse yaşayış məntəqəsində baş verib”, - polis nümayəndəsi belə deyib.

Təyyarənin parçalanmış göyərtəsi Elba çayının dibində dalğıclar tərəfindən aşkar edilib. Sualtı axtarışlar üç saat davam edib. Qaldırıcı kranın köməyi ilə pilotun cəsədinin olduğu kabinə sahilə çıxarılıb.

Təyyarənin qəzaya uğramasının səbəbləri hələ müəyyənləşdirilməyib. Hadisənin səbəblərini araşdırmaq üçün ekspert komissiyası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR