Çində 7 nəfər daşqınların qurbanı olub

Çində 7 nəfər daşqınların qurbanı olub
# 28 may 2019 17:56 (UTC +04:00)

Çinin cənubunda Quansi-Cuan Muxtar Rayonunda baş verən daşqınlar nəticəsində 7 nəfər həyatını itirib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, daşqınlar baş verən ərazidən 8 820 yerli sakin təxliyə edilib.

Bildirilir ki, daşqınlara artıq dörd gündür davam edən güclü yağışlar səbəb olub.

Məlumata görə, daşqınlar nəticəsində 19 min hektar əraziyə və 285 evə ziyan dəyib, 185 ev isə tamamilə dağılıb. Birbaşa iqtisadi ziyan 19 milyon 600 min dollar məbləğində dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR