Con Bolton: "BƏƏ-nin sahil suları yaxınlığında neft tankerlərinə edilən hücumlar İranın işidir"

Con Bolton: "BƏƏ-nin sahil suları yaxınlığında neft tankerlərinə edilən hücumlar İranın işidir"
# 29 may 2019 11:15 (UTC +04:00)

"Birləşmiş Ərəb Əmirliklərinin sahil suları yaxınlığında neft tankerlərinə edilən hücumlar İrana məxsus dəniz minaatanlarının işidir".

ONA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

Bolton əlavə edib ki, ABŞ İranın fəaliyyətinə və bu ölkənin regiondakı həmfikirlərinə qarşı cavab tədbirlərində ehtiyatlı olmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR