Danimarkada parlament seçkiləri keçirilir

Danimarkada parlament seçkiləri keçirilir
# 05 iyun 2019 11:28 (UTC +04:00)

Danimarkada parlament seçkiləri keçirilir.

APA TASS-a istinadən xəbər verir ki, 179 mandat uğrunda 13 partiyadan 900 namizəd mübarizə aparacaq.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla 20:00-da bağlanacaq. Məntəqələr bağlanandan sonra "exit poll"-un nəticələri açıqlanacaq.

Qeyd edək ki, xaricdə olan danimarkalılardan hamısı səsvermədə iştirak edə bilməyəcək. Belə ki, ölkəni öz xoşu ilə tərk edən danimarkalılar səsvermə hüququnu itirmiş olurlar. Lakin əgər onlar xaricə iş və ya təhsillə əlaqədar gedirlərsə, o zaman səsvermə hüququnu qoruyub saxlayırlar.

Bu gün Danimarkada həmçinin Konstitusiya günü qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR