Diyarbəkirdə ailələrarası silahlı münaqişədə 5 nəfər ölüb

Diyarbəkirdə ailələrarası silahlı münaqişədə 5 nəfər ölüb
# 21 avqust 2019 10:26 (UTC +04:00)

Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda üç ailə arasında silahlı münaqişə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ailələrarası münaqişədə 1-i qadın olmaqla 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

Münaqişə öncə qudalar arasında başlayıb. Qızını bilinməyən səbəbdən gəlin getdiyi ailədən evinə gətirdən ata ilə kürəkən arasında narazılıq olub, başqa bir ailə ataya dəstək verdikdə münaqişə böyüyüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR