Diyarbəkirdəki partlayışla bağlı iki vəzifəli şəxs saxlanılıb

Diyarbəkirdəki partlayışla bağlı iki vəzifəli şəxs saxlanılıb
# 13 sentyabr 2019 11:40 (UTC +04:00)

Türkiyənin Diyarbəkir vilayətində 7 nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsi ilə bağlı 2 nəfər vəzifəli şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, vilayətin Kulp rayonunda törədilən partlayışla əlaqədar saxlanılan şəxslər Xalqların Demokrat Partiyasının (HDP) rayon təşkilatının sədri və rayon bələdiyyəsinin şöbə müdirləridir. Hadisədə iştirakda şübhəli bilinən daha iki nəfərin axtarışı isə davam edir. Həmin şəxslərin partlayışdan az əvvəl hadisə yerində olduğu bildirilib.

Qeyd edək ki, Diyarbəkirdə fəhlələri daşıyan mikroavtobusun partladılması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR