Donald Tusk və Jan-Klod Yunker Ukraynaya səfər edəcək

Donald Tusk və Jan-Klod Yunker Ukraynaya səfər edəcək
# 05 iyul 2019 16:44 (UTC +04:00)

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Ukraynaya səfər edəcək.

APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi məlumata görə, Donald Tusk və Jan-Klod Yunker iyulun 8-də Kiyevdə keçiriləcək 21-ci Aİ-Ukrayna sammitinə qatılacaqlar.

Aİ və Ukrayna liderləri ikitərəfli ticarət, əlaqələrin inkişafı üçün gələcək prioritetlər, Azov dənizində vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, ötən il Aİ-Ukrayna sammiti iyulunda Brüsseldə keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR