Dövlət Baxçalı: “Sandıq demokratiyanın namusudur”

Dövlət Baxçalı: “Sandıq demokratiyanın namusudur”
# 23 iyun 2019 22:51 (UTC +04:00)

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi vəzifəsi üçün təkrar keçirilən seçkinin nəticələri ilə bağlı yazılı açıqlama paylaşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, MHP lideri bildirib ki, hazırda 23 iyun bələdiyyə sədrliyinə keçirilən seçkinin nəticələri, CHP namizədinin səs üstünlüyü qazanması Cümhur İttifaqının mövqeyini əsla dəyişdirməyəcək: “Haqqın və həqiqətin yanında olmaq əzmimizi itirməyəcəyik”.

MHP lideri verdiyi yazılı açıqlamada İstanbul Böyükşəhər Bələdiyyə sədri seçiminin bitdiyini, qeyri-rəsmi nəticələrin bəlli olduğunu bildirib. İstanbulda milli iradənin üstünlüyünün ortaya çıxdığını deyən Baxçalı, fikirlərini “sandıq demokratiyanın namusudur”, - deyə ifadə edib:

“Sandıq demokratiyanın namusudur və hər kəs tərəfindən həssas şəkildə hörmətlə qarşılanmalıdır. İstanbulda sıx və geniş müzakirələr sandıq yolu ilə nəticələrə bağlanmış, proses sona çatmışdır. Seçici iştirakının mötəbər bir səviyyədə olması da sevindirici bir haldır. MHP Cümhur İttifaqının adına uyğun üzərinə düşən məsuliyyəti yerinə yetirmiş, hörmətli Binəli Yıldırıma əzim və qətiyyətli şəkildə dəstək vermişdir. Vicdanı olan hər kəs buna zamin və şahiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR