“Əbədi ezamiyyət” filmi Ankarada ingilis və türk dillərində nümayiş etdirilib

“Əbədi ezamiyyət” filmi Ankarada ingilis və türk dillərində nümayiş etdirilib
# 13 sentyabr 2019 00:52 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki Səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ankarada akkreditə olunan diplomatik korpusun nümayəndələri üçün ingiliscə “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, sənədli film Türkiyə ictimaiyyəti üçün “Cernmodern” Mədəniyyət Mərkəzində türkcə nümayiş olunub.

Qeyd edək ki, 1919-cu ildə Azərbaycan diplomatik əlaqələrinin yaranmasından bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi və
Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR