Əfqanıstanın İspaniyadakı səfirinin 17 min avroluq saatı oğurlanıb

Əfqanıstanın İspaniyadakı səfirinin 17 min avroluq saatı oğurlanıb
# 19 avqust 2019 12:05 (UTC +04:00)

Əfqanıstanın İspaniyadakı səfiri soyğuna məruz qalıb.

APA-nın “El Periodico” qəzetinə istinadən verdiyi xəbərə görə, gecə saatlarında Barselonanın Via Layetana küçəsində bir qrup gənc Əfqanıstan səfirinə hücum edərək onun 17 min avroluq “BVLGARI” brendinə məxsus saatını oğurlayıb.

Səfir həmçinin ayağından xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR