Əhməd Davudoğlu: “Mənə bir yol buraxılmazsa, o zaman partiya qurma variantı qalır”

Əhməd Davudoğlu: “Mənə bir yol buraxılmazsa, o zaman partiya qurma variantı qalır”
# 19 iyul 2019 02:11 (UTC +04:00)

“Bu qədər fasilədən sonra mənə başqa bir yol buraxılmazsa, geriyə partiya
qurma variantı qalır”.

APA-nın yerli bürosunun məlumatına görə, YouTube-dan yayınlanan “BiDeBunuİzle” proqramının qonağı olan Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya qurub-qurmayacağı barədə suala cavab verərkən bu fikirləri bildirib.

Baş nazirlikdən istefa verdikdən 3 il sonra ilk dəfə sükutu pozan Əhməd Davudoğlu mənsub olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) hazırkı fəaliyyətinə dair fikirlərini bildirib və AKP-dən istefa verib, yeni partiya qurulacağı söylənən keçmiş nazir Əli Babacan haqqında da danışıb.

“Əli Babacana keçmiş prezident Abdullah Gülün dəstək verdiyi məlumdur. Yeni partiya qurumaq planı olan iki isim – Əhməd Davudoğlu və Əli Babacan nə səbəbə birgə partiya qurmaq yolunu seçmədi?” sualına “Əli Babacan və Abdulla Güllə birgə fəaliyyətdə olmadığımızın səbəbi mənə də məlum deyil”, cavabını verib.

O, sabiq baş nazir Əli Babacanla münasibətlərində heç bir problem olmadığını deyib. Əli Babacanı dövlət işlərində yetişkən bir şəxs olaraq tanıdığını vurğulayıb: “Aramızda hər zaman bir-birimizə güvənilən bir münasibət olub. Türkiyənin Babacan kimi insanlara ehtiyacı var. Yetişkən dövlət adamlarından birini belə itirmək böyük israfdır. Amma mən birgə fəaliyyətimiz üçün bacardığım qədər çalışdım. Partiya işində də, partiyadan kənarda da çox söhbətlərimiz oldu. Babacanı ciddi bir siyasətçi, diqqətli və ehtiyatlı bir şəxs olaraq tanıyıram. Onun arxasında durmağı özümə borc sayıram. Amma bu gün nə səbəbə birgə fəaliyyətdə deyilik, bunu mən də bilmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR