Ekstradisiya zamanı hava limanından qaçan şəxs Ukraynada saxlanılıb

Ekstradisiya zamanı hava limanından qaçan şəxs Ukraynada saxlanılıb
# 17 avqust 2019 12:32 (UTC +04:00)

Ukraynanın Təhlükəsizlik Xidməti İsrailə ekstradisiya zamanı “Borispol” hava limanından qaçan ABŞ və İsrail vətəndaşlığı olan Amos Dov Silveri saxlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, A. D. Silverə qaçmaqda kömək etməkdə şübhəli bilinən 3 əməkdaş da saxlanılıb.

“Ukraynanın Təhlükəsizlik Xidməti İsrail vətəndaşı Amos Dov Silveri regionların birində saxlayıb. Yaxın zamanda o, qanunvericiliyə əsasən ekstradisiya olunacaq”, - Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Kiyev şəhər prokuraturası İsrailə ekstradisiya zamanı qaçan vətəndaşla bağlı cinayət işi açıb. Sərhəd Xidmətində onun pasport yoxlanışından keçmədiyi bildirilib. Amos Dov Silver beynəlxalq narkokartel təşkil etməkdə şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR