Ərdoğan: ”Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik”

Ərdoğan: ”Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik”
# 30 avqust 2019 16:18 (UTC +04:00)

“Hazırda Rusiyayla 25 milyard dollara qədər ticarət əlaqələrimiz var. Gələcəkdə bunun həcmini 75 milyarda, ardından isə 100 milyarda çatdırmaq niyyətindəyik".

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiyanın ən önəmli ortaq mövzusu S-400-dür.

Ərdoğan deyib ki, ABŞ Türkiyəyə F-35 döyüş təyyarələrinin satılmaması fikrindən vaz keçməyəcəyi halda, Türkiyə Rusiyadan SU-57, yaxud SU-35 təyyarələrinin alınması məsələsinə qərar verəcək: “Hazırda bu məsələlər bizim təklif paketlərimizdə müzakirə olunan mövzulardır. Zamanı gələndə şərtlər və tələblər bir də nəzərdən keçiriləcək. Biz bazar olmaqdan çıxıb, bazar axtarmağa gedən ölkə olmaq istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR