Ərdoğan: “Camal Qaşıqçı olayına görə günahkarlar Türkiyə qarşısında cavab verəcək”

Ərdoğan: “Camal Qaşıqçı olayına görə günahkarlar Türkiyə qarşısında cavab verəcək”
# 19 iyun 2019 22:17 (UTC +04:00)

“Camal Qaşıqçı olayı ilə bağlı BMT-nin hesabatı açıqlanıb. Hesabatda səudiyyəlilərin kəsinliklə bu işdə günahlarının olduğu qeyd edilir, onların bu işdən məlumatlı olduqları bildirilir. İndi bunlar bu məsələnin hesabını verəcəklər”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan istanbullularla “Biz birlikdə Türkiyəyik" adlı görüşündə bu fikirləri səsləndirib.

Ərdoğan bildirib ki, BMT hesabatında Türkiyəyə qarşı davranışların yanlış olduğu da etiraf edilib və Camal Qaşıqçı hadisəsinə görə günahkarlar Türkiyə qarşısında cavab verməli olacaq.

Qeyd edək ki, bu gün BMT-nin İnsan Haqları Ali Komissarlığı (OHCHR) Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı 101 səhifəlik hesabat açıqlayıb. Hesabatda Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın və yüksək dairələrin də sözügedən qətl hadisəsində məsuliyyət daşıdığına dair sübutlar yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR