Aİ: Hindistan və Pakistan arasında dialoq aparılması vacibdir

Aİ: Hindistan və Pakistan arasında dialoq aparılması vacibdir
  • Clock-gray 12:12
  • calendar-gray 08 Avqust 2019

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Hindistan və Pakistanın Xarici İşlər nazirləri ilə telefon əlaqəsi saxlayıb. 

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi saytında məlumat yayılıb. 

Telefon danışığı zamanı F. Moqerini bildirib ki, Kəşmir və ümumilikdə regionda gərginliyin artmasından qaçmaq lazımdır. 

“Gərginliyin aradan qaldırılması üçün Hindistan və Pakistan arasında diplomatik kanallar vasitəsilə dialoq aparmaq vacibdir. Avropa İttifaqı iki ölkə arasında gərginliyin ikitərəfli siyasi həllini dəstəkləyir. Bu, regionda qeyri-stabillik və təhlükə yaradan uzunmüddətli münaqişənin həlli üçün yeganə yoldur”, - F. Moqerini vurğulayıb.

Digər xəbərlər

Arxiv

date