FETO-nun media qolu olmaqda günahlandırılan Türkiyənin 3 məşhur jurnalisti azadlığa buraxılıb

FETO-nun media qolu olmaqda günahlandırılan Türkiyənin 3 məşhur jurnalisti azadlığa buraxılıb
# 05 noyabr 2019 00:02 (UTC +04:00)

FETO/PDY (Paralel Dövlət Qurulması) silahlı terror təşkilatının mediası olmaqda günahlandırılaraq həbs edilən Türkiyənin 3 tanınmış jurnalistindən biri bəraət alıb, ikisi isə şərti cəza ilə azadlığa buraxılıb.

APA-nın yerli bürosunun "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, "konstitusiyanı məhv etmək” cəhdi ilə əlaqədar həbsdə olan, FETO-çu olaraq tanınan jurnalistlər - Nazlı Ilıcak, Əhməd Altan və qardaşı akademik Mehmet Altanın ömürlük həbs cəzaları ləğv edilib. Məhkəmə müttəhim Əhməd Altanın 10 il 6 ay, Nazlı Ilıcakın 8 il 9 ay müddətinə şərti azadlıqdan məhrum edilməsinə qərar verməklə, ölkədən xaricə çıxmamaları əsası ilə sərbəst buraxıb. Elm adamı Mehmet Altan isə bütün ittihamlar üzrə bəraət alaraq azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR