Əfqanıstanda koronavirusa yoluxan Gürcüstan sülhməramlılarının sayı 38-ə çatıb

Əfqanıstanda koronavirusa yoluxan Gürcüstan sülhməramlılarının sayı 38-ə çatıb
# 17 iyul 2020 10:21 (UTC +04:00)

NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Əfqanıstanda hərbi xidmətdə olan daha 10 Gürcüstan hərbçisi koronavirusa yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19 diaqnozu qoyulan sülhməramlılar Almaniyaya məxsus hərbi təyyarə ilə Gürcüstana gətiriliblər.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanda 28 Gürcüstan sülhməramlısı koronavirusa yoluxub, onlar hazırda Qori hərbi xəstəxanasında müalicə olunurlar. Bütün hərbçilərin sağlamlıq vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR