Fransa Parlamentindən sosial şəbəkələrlə bağlı mühüm qərar: 1.25 milyon avroluq cəza

Fransa Parlamentindən sosial şəbəkələrlə bağlı mühüm qərar: 1.25 milyon avroluq cəza
# 05 iyul 2019 06:50 (UTC +04:00)

Fransa Parlamentində social şəbəkələrdə irqçi ritorika, antisemitizm və cinsi ayrı-seçkilik kimi nifrətdolu paylaşımların 24 saat ərzində aradan qaldırılmasını tələb edən qanun layihəsi müzakirə edilib.

APA “İhlas” xəbər agentliyinə istinadla xəbər verir ki, Parlamentdə səsə qoyulan qanun layihəsinin deputatlardan 6-sı əleyhinə, 31-i leyhinə səs verib. Dörd nəfər isə bitərəflik nümayiş etdirərək heç bir münasibət bildirməyib.

Qanunun gələn həftənin çərşənbə axşamı Senatda müzakirə edilərək səsə qoyulacağı gözlənilir.


Qeyd edək ki, sözügedən qanun tətbiq edilərsə, qərarı icra etməyənlər 1.25 milyon avro cəzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR