Lionda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Lionda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 27 may 2019 13:08 (UTC +04:00)

Fransa polisi keçən həftə Lionun mərkəzində 13 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən şəxsi həbs edib.

ONA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Kristofer Kastaner deyib.

Nazir şübhəlinin kimliyi və harada həbs olunması ilə bağlı detalları açıqlamayıb.

Qeyd edək ki, törədilmə şəraitinə və istifadə olunan partlayıcı qurğunun xarakterinə görə hücum polis tərəfindən terror aktı kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR