Fransada kimya zavodunda yanğın olub, məktəblər və uşaq bağçaları bağlanıb

Fransada kimya zavodunda yanğın olub, məktəblər və uşaq bağçaları bağlanıb
# 26 sentyabr 2019 12:20 (UTC +04:00)

Fransanın Ruan şəhərində “Lubrizol” kimya zavodunda yanğın baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yanğının baş verdiyi “Lubrizol” zavodu nəqliyyat, sənaye üçün xüsusi kimyəvi məhsulların istehsalı ilə məşğuldur.

Yanğın səbəbindən yerli idarəetmə orqanlarının qərarı ilə, Ruanda və qonşu kommunalarda orta məktəblər və uşaq bağçaları bağlanıb.

Yanğının söndürülməsinə 130-a yaxın yanğınsöndürən cəlb olunub. Yanğın zamanı ölüm faktının qeydə alınması barədə məlumat yoxdur.

Hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərə evlərini tərk etməmək tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR