Fransada "sarı jiletlilər"in aksiyasında saxlanılanların sayı 140 nəfəri keçib - YENİLƏNİB

Fransada "sarı jiletlilər"in aksiyasında saxlanılanların sayı 140 nəfəri keçib - YENİLƏNİB
# 17 noyabr 2019 01:04 (UTC +04:00)

Fransada "sarı jiletlilər" hərəkatının etiraz aksiyalarında azı 28 min insan iştirak edib.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "BFM" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Parisdəki nümayişlərdə 4,7 min iştirakçı toplaşıb. Etirazlar zamanı polis 147 nəfəri saxlayıb.

***

Saat 21:24

Parisdə “sarı gödəkçələr”in etiraz aksiyaları zamanı saxlanılanların sayı 105-ə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb. Bundan əvvəl 61 nəfərin saxlanıldığı deyilirdi.

Bu gün Fransa paytaxtında “sarı gödəkçələr” hərəkatının ilk ildönümünə təsadüf edən bir neçə aksiya keçirilib. Onların iştirakçıları ilə polis arasında toqquşma olub və gözyaşardıcı qazdan istifadə edilib.

“RİA Novosti”nin müxbirinin verdiyi məlumata görə, gün ərzində etirazçılar İtaliya meydanında inşaat hasarlarından, lövhələrdən və elektrik skuterlərindən barrikadalar qurublar və daha sonra onları yandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR