Fransada "sarı jiletlilər"in növbəti aksiyasında 120-dən çox nümayişçi saxlanılıb

Fransada "sarı jiletlilər"in növbəti aksiyasında 120-dən çox nümayişçi saxlanılıb
# 08 sentyabr 2019 08:19 (UTC +04:00)

Parisdə “sarı jiletlilər”in etiraz aksiyasında azı 89 nəfər saxlanılıb.

APA xəbər ki, bu barədə “Parisien” qəzeti paytaxt polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, şənbə günü keçirilən nümayişlərdə Fransada 120 nəfərdən çox – Parisdə 89 nəfər, Ruanda 26 nəfər, Bordoda 6 nəfər və Monpelyedə 2 nəfər saxlanılıb. Paris küçələrində onlarla nümayişçi küçələrə çıxıb.

“Parisdəki nümayişlər zamanı hüquq-mühafizə qüvvələrinin iştirakı xüsusilə kobud rəftara görə 89 nəfərin həbs olunmasına imkan yaradıb”, - deyə polisin məlumatında qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR