Fransalı nazir: "İranla gərginliyi azaltmaq üçün əlimizdən gələni etməliyik"

Fransalı nazir: "İranla gərginliyi azaltmaq üçün əlimizdən gələni etməliyik"
  • Clock-gray 14:36
  • calendar-gray 07 Sentyabr 2019

"İranın Hərtərəfli Birgə Fəaliyyət Planına bütünlüklə əməl etməsi üçün Fransa öz səylərini davam etdirəcək".

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Fransanın Müdafiə naziri Florens Parli ABŞ-lı həmkarı Mark Esperlə Parisdə keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

“Məqsədimizin İranı Vyana razılaşmasına hörmət etməyə vadar etmək olduğunu təsdiqləyirik. İranla gərginliyi azaltmaq və naviqasiya təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etməliyik", - deyə fransalı nazir qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date