G7 sammiti ərəfəsində Fransa prezidenti İran rəsmilərilə görüşəcək

G7 sammiti ərəfəsində Fransa prezidenti İran rəsmilərilə görüşəcək
# 22 avqust 2019 00:34 (UTC +04:00)

“Fransa prezidenti Emmanuel Makron G7 nümayəndə heyətləri başçılarının sammiti ərəfəsində İranın dövlət rəsmilərilə görüşəcək”.


APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə prezident Makron açıqlamasında deyib.

"Yaxın gələcəkdə G7 sammitindən əvvəl bir sıra təkliflər vermək üçün İran nümayəndələri ilə görüşəcəyəm", - deyə Makron bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Parisdə prezident Makron və fransalı həmkarı Jan-İv Le Drianla görüşmək niyyətində olduğunu demişdi. Bazar ertəsi isə İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi tərəfindən Zərifin Parisə rəsmi səfəri bəyan edilsə də, tarix göstərilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR