Giorgi Qaxaria: "Gürcüstan Sergey Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək"

Giorgi Qaxaria: "Gürcüstan Sergey Qavrilovun bir daha ölkəyə gəlməsinə icazə verməyəcək"
# 28 iyun 2019 19:57 (UTC +04:00)

“Parlamentlərarası Pravoslav Assambleyasının prezidenti, Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov bir daha Gürcüstanı ziyarət etmək qərarına gəlsə, Gürcüstan hökuməti onu ölkəyə buraxmayacaq”.

APA-nın xəbərinə görə, bunu Gürcüstanın daxil işlər naziri Giorgi Qaxaria brifinq zamanı bildirib.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Nəticədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR