Güclü külək Gürcüstanda dağıntılara səbəb olub 

Güclü külək Gürcüstanda dağıntılara səbəb olub 
# 18 iyun 2019 11:26 (UTC +04:00)

Güclü külək Gürcüstanın Gurjani bələdiyyəsinin inzibati ərazisinə daxil olan Kalauri və Şaşaiani kəndlərində dağıntılar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində bəzi yaşayış evlərinin, eləcə də məktəb binasının dam örtüyü uçub. Güclü külək Vazisubani istiqamətində yolların kənarındakı ağacları da kökündən qopararaq yola aşırıb.

Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Hazırda dəyən zərərin məbləği hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR