Gürcü jurnalist ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi ilə evlənib

Gürcü jurnalist ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi ilə evlənib
# 18 iyun 2019 18:20 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Ukrayna məsələsi üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi”-nin gürcü əsilli jurnalisti İa Meurmişvili ilə ailə həyatı qurub.

APA “Apsny.ge”-yə istinadən xəbər verir ki, cütlük 2015-ci ildə İ.Meurmişvili K.Volkerdən müsahibə götürərkən tanış olub.

Evlənəcəkləri xəbərini onlar “Facebook” səhifələrində paylaşıblar.

Məlumata görə, cütlüyün toyu Vaşinqtonun tarixi “The Hay-Adams” beşulduzlu otelində baş tutub. Toy mərasimində Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR