Gürcüstan müxalifəti yeni fəaliyyət planı hazırlayıb  

Gürcüstan müxalifəti yeni fəaliyyət planı hazırlayıb  
# 19 noyabr 2019 17:53 (UTC +04:00)

Gürcüstan müxalifəti etiraz aksiyaları ilə bağlı yeni fəaliyyət planını hazırlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bunu “Avropalı Gürcüstan” Partiyasının lideri Qiqa Bokeria deyib.

Onun sözlərinə görə, fəaliyyət planında nəzərdə tutulan məqamlar bu gün axşam 19:00-da müxalifətin parlament binası qarşısında keçiriləcək mitinqi zamanı açıqlanacaq. Etiraz aksiyalarının əsas məqsədinin hakim partiyanı “hər yerdə və daim narahatlıq içində saxlamaq” olduğu bildirilib.

Fəaliyyət planının “Siz hələ də bloklanacaqsınız” adlandırıldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR