Gürcüstan parlamentinin azərbaycanlı deputatı hakim partiyadan ayrılmayacağını açıqlayıb

Gürcüstan parlamentinin azərbaycanlı deputatı hakim partiyadan ayrılmayacağını açıqlayıb
# 15 noyabr 2019 14:58 (UTC +04:00)

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyev parlament çoxluğu olan “Gürcü Arzusu” partiyasından ayrılmayacağını açıqlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, “Gürcü Arzusu-Mühafizəkarlar” fraksiyasından olan millət vəkili son hadisələrə görə fraksiyadan ayrılmaq fikrində olmadığını açıqlayıb. Ruslan Hacıyev eyni zamanda, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüdür.

Qeyd edək ki, bu gün “Gürcü Arzusu-Mühafizəkarlar” fraksiyasının 6 üzvündən 3-ü - Zviad Dzidziquri, Nino Qoquadze və Qiqa Bukia fraksiyadan ayrıldıqlarını açıqlayıblar. Bununla da ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsindən sonra hakim partiyadan ayrılan millət vəkillərinin sayı 12-yə çatıb.

Mühafizəkarlardan 2-si - Muxrani Vaxtanqadze və Paata Kvijinadze isə hələ rəy bildirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR