Gürcüstan Prezident Administrasiyasının 5 işçisi prokurorluğa çağırılıb

Gürcüstan Prezident Administrasiyasının 5 işçisi prokurorluğa çağırılıb
  • Clock-gray 11:22
  • calendar-gray 27 Sentyabr 2019

Gürcüstan Baş Prokurorluğu Prezident Administrasiyasının 5 rəsmisini dindirilməyə çağırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb. Bildirilib ki, administrasiyanın işçiləri Gürcüstan Prezidenti Salome Zurabişvilinin avqustun 28-də imzaladığı əfv sərəncamı  ilə bağlı aparılan araşdırmalarla əlaqədar dindiriləcəklər.

Qeyd edək ki, S. Zurabişvilinin bu il avqustun 28-də "Mariamoba" bayramı ilə əlaqədar 34 məhkumun əfv edilməsi barədə sərəncamı ictimaiyyət arasında narazılığa səbəb olub. Belə ki, əfv siyahısında adı qeyd edilənlərdən üçü qətlə görə həbs olunan, bir nəfər isə beynəlxalq axtarışda olan şəxs olub. Gürcüstanın müxalif "Avropalı Gürcüstan" partiyasının Baş Prokurorluğa müraciətindən sonra sentyabrın 20-də Prezident Salome Zurabişvili barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi maddəsi üzrə istintaq başlayıb.   

İddialar təsdiqini taparsa, Prezident üç ilədək vəzifə tutmaqdan məhrum edilə və ya  fəaliyyətindən məhrum edilməklə üç ilədək həbs edilə bilər.

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date