Gürcüstan valyutası kəskin ucuzlaşıb

Gürcüstan valyutası kəskin ucuzlaşıb
# 09 iyul 2019 17:45 (UTC +04:00)

Gürcüstanın milli valyutası olan lari dollara qarşı kəskin ucuzlaşıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankı tərəfindən ABŞ dollarının lariyə qarşı rəsmi məzənnəsi 2,9096 səviyyəsində müəyyən olunub. Halbuki ötən gün bu göstərici 2,8320 lariyə bərabər olub. Göründüyü kimi, sutka ərzində Gürcüstan valyutası dollara qarşı 0,0776 lari ucuzlaşıb.

Avronun qiymətində də bahalaşma qeydə alınıb. Hazırda 1 avronun alış və satış qiyməti rəsmi məzənnəyə əsasən müvafiq olaraq 3,1778 lari və 3,2599 lari təşkil edir. Lari avroya qarşı sutka ərzində 0,0821 lari dəyərdən düşüb.

Qeyd edək ki, ən son göstəriciyə görə, Gürcüstanın kommersiya banklarında 1 dolların alışı 2,86 lari, satışı isə 2,98 lari təşkil edir. Avro ilə əməliyyatlar isə müvafiq olaraq 3,1950 lari və 3,3450 lari məzənnəsi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR