Gürcüstan XİN səfirlərin kütləvi istefa verməsi xəbərinə münasibət bildirib

Gürcüstan XİN səfirlərin kütləvi istefa verməsi xəbərinə münasibət bildirib
  • Clock-gray 17:15
  • calendar-gray 20 İyun 2019

Gürcüstanın Xarici İşlər Nazirliyi bu ölkənin xarici ölkələrdəki səfirlərinin Gürcüstanda baş verən hadisələrə etiraz əlaməti olaraq kütləvi şəkildə istefa verməsi xəbərinə münasibət bildirib. APA-nın yerli bürosu xəbər verir ki, qurum bununla bağlı sosial şəbəkələrdə yayılan xəbərlərin dezinformasiya olduğunu və reallığa söykənmədiyini bəyan edib.

"Sosial şəbəkələrdə Gürcüstanın xaricdəki səfərlərinin öz vəzifələrini tərk etmələri haqqında xəbərlər paylaşılır. Xarici İşlər Nazirliyi bəyan edir ki, bu, dezinformasiyadır", - deyə qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date