Gürcüstana gələn turistlərin sayı 13% artıb

Gürcüstana gələn turistlərin sayı 13% artıb
# 10 sentyabr 2019 12:22 (UTC +04:00)

Bu ilin ikinci rübündə Gürcüstana gələn xarici turistlərin sayı 13% artaraq 1 896 104 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin rüblük hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, səfərlərin 76,5%-i qonşu ölkələrdən edilib. Səfərlərin 72,3%-i (1 345 415) avtomobil, 26,6%-i (526 614) hava, 0,7%-i (14 600) dəmir yolu və 0,5%-i (9 475) dəniz yolu nəqliyyatı ilə həyata keçirilib.

Hesabat dövründə xarici turistlər turizm xidmətlərinə 362 mln. lari (təxminən 123 mln. ABŞ dolları) xərcləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR