Gürcüstanda yağışlar dağıntılara səbəb olub

Gürcüstanda yağışlar dağıntılara səbəb olub
# 07 iyun 2019 12:21 (UTC +04:00)

Gürcüstanda yağan aramsız yağışlar Svaneti rayonunun Mestia kəndində Nenskra çayının daşmasına səbəb olub.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, çayın axarının güclənməsi nəticəsində üzərindəki aparan körpü uçub və avtomobil yolu bağlanıb. Körpüdən sadəcə piyadaların istifadə etməsinin mümkün olduğu bildirilib.

Qeyd edək ki, dağlarda qarın əriməsi və yağan yağışlar ötən il də Nenskra çayının daşmasına və Çuberi dərəsindəki yaşayış məntəqlərinin su altında qalmasına səbəb olub. Hadisə nəticəsində evlər, təsərrüfat sahələri və avtomobil yollarına ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR