Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıb - VİDEO

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıb    - VİDEO
  • Clock-gray 11:46
  • calendar-gray 04 Avqust 2019

Gürcüstanda narkotik vasitə ticarətində şübhəli sayılan Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rustavi şəhərində polis əməkdaşları  28 yaşlı Q.X.-nin idarə etdiyi avtomobili saxlayıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, saxlanılıb. Q. X.-nin müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı 119 bağlamada 709 ədəd MDMA həbi, 86 ədəd Suboksin həbi, 3 ədəd B8 həbi 28 qram psixoaktiv maddə, 12 qram BİO narkotik vasitəsi aşkarlanıb.

Narkotik vasitə ticarətində ittiham edilən Azərbaycan vətəndaşını 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date