Gürcüstanda Azərbaycandilli yeni məktəb binasının açılışı olub

Gürcüstanda Azərbaycandilli yeni məktəb binasının açılışı olub
# 16 sentyabr 2019 09:20 (UTC +04:00)

Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə yeni dərs ili başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, dərs ilinin ilk günündə Marneuli rayonunda yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev və yerli icma nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb. Məktəbdə hazırda 150 şagird təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR