Gürcüstanda daha bir polis əməkdaşı saxlanılıb

Gürcüstanda daha bir polis əməkdaşı saxlanılıb
# 16 iyul 2019 21:43 (UTC +04:00)

Tbilisinin Rustaveli prospektində iyunun 20-21-də baş verən hadisələrlə əlaqədar daha bir polis əməkdaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Qüvvələrinin əməkdaşı nümayişlərin dağıdılması zamanı tabeliyində olan silahdan istifadə etməklə müvafiq qanunvericiliyi pozaraq iki nümayiş iştirakçısına ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR