Gürcüstanda dizel bahalaşıb

Gürcüstanda dizel bahalaşıb
# 18 sentyabr 2019 12:52 (UTC +04:00)

Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində dizel tipli yanacağın qiymətində bahalaşma olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, qiymət artımı təxminən 2-6 tetri təşkil edib. Benzinin və sıxılmış qazın qiymətlərində isə artım qeydə alınmayıb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi qiymət artımının beynəlxalq bazarlardakı artımla əlaqəli olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR