Gürcüstanda əhalinin 60 faizi hökumətin fəaliyyətindən narazıdır - SORĞU

Gürcüstanda əhalinin 60 faizi hökumətin fəaliyyətindən narazıdır - SORĞU
# 19 sentyabr 2019 10:35 (UTC +04:00)

"Gürcüstanda əhalinin 60 faizi hökumətin fəaliyyətini mənfi qiymətləndirir".

APA-nın yerli bürosu xəbər verir ki, bu, Gürcüstan Milli Demokratiya İnstitutunun apardığı rəy sorğusunun nəticəsində qeyd olunub. Bildirilib ki, sorğuda iştirak edənlərin 32 faizi isə hökumətin fəaliyyətini müsbət qiymətləndirib.

Qeyd edək ki, 13-29 iyul tarixlərində keçirilən sorğuda 2131 respondent iştirak edib.

Sorğunun yanılma payının 2-3 faiz olduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR