Gürcüstanda ermənistanlı sürücülər döyülüb

Gürcüstanda ermənistanlı sürücülər döyülüb
# 10 iyul 2019 19:02 (UTC +04:00)

Gürcüstanın Kazbegi rayonunda Ermənistan vətəndaşı olan iki sürücü döyülüb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Stepansminda-Zemo Lars istiqamətində hərəkət edən sürücülər Rusiyadan Ermənistana taxıl daşıyıblar.

Onlardan birində sınıq xəsarətləri yarandığı qeyd olunub. İnsidentin məişət zəminində baş verdiyi bildirilir.

Ermənistanın Gürcüstandakı səfirliyi faktla bağlı Gürcüstan Daxili və Xarici İşlər nazirliklərinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR