Gürcüstanda etiraz aksiyalarının miqyası genişlənir

Gürcüstanda etiraz aksiyalarının miqyası genişlənir
# 25 iyun 2019 09:34 (UTC +04:00)

Tbilisidə parlament binası qarşısında keçirilən mitinq bərpa ediləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, etirazçılar bu gün saat 19:00-da yenidən parlament binasının qarşısına toplaşmaqla bağlı qərar qəbul ediblər.

Etirazçılar bildiriblər ki, onların tələbləri yerinə yetirilənədək hər gün daha genişmiqyaslı mitinqlər təşkil olunacaq.

Bu gün etiraz aksiyalarının Tbilisi ilə eyni vaxtda Batumi və Poti şəhərlərində də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, etirazçılar Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını və iyunun 20-21-də həbs edilənlərin azad edilməsini tələb edirlər.

Hökumət onların digər üç tələbini - parlament sədrinin istefası, proporsional seçki sisteminə keçid və qeyri-bərabər güc tətbiq edən polislərin cəzalandırılması tələblərini artıq qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR