Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar

Gürcüstanda etirazçılar deputatları parlamentə buraxmayıblar
# 18 noyabr 2019 11:13 (UTC +04:00)

Tbilisidə parlament binasına girişi bloklayan etirazçılar millət vəkillərinin binaya daxil olmasına icazə verməyiblər.

APA-nın yerli bürosu xəbər verir ki, hakim “Gürcü arzusu” pariyasından olan millət vəkilləri Revaz Arveladze və Merab Kvaraia parlament binasına daxil olmaq istəsələr də, etirazçıların təzyiqi və hədələri səbəbindən ərazidən uzaqlaşmalı olublar. R.Arveladze bu gün parlamentə gələn ilk millət vəkili olub.

Nümayişçilər tələbləri qəbul edilənədək ərazidən ayrılmayacaqlarını açıqlayıblar.

Qeyd edək ki, Tbilisidə artıq 5-ci gundur davam edən etiraz aksiyalarında müvəqqəti hökümətin qurulması, proporsional qaydada parlament seçkilərinin keçirilməsi və hazırki Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi tələb edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR